İranmeyilli hakerlər MOSSAD əməkdaşlarına aid məlumatları ələ keçirdiklərini iddia edirlər

2026/06/1781196253.jpg
Oxunub: 194     20:47     11 İyun 2026    
İranmeyilli “Hanzala” haker qrupu İsrailin MOSSAD kəşfiyyat xidmətinin bir sıra keçmiş və hazırkı əməkdaşları ilə əlaqəli məlumatlara çıxış əldə etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qrupun yaydığı bəyanatda bildirilir ki, onlar kibertəhlükəsizlik sahəsində fəaliyyət və əməliyyatlarla bağlı məlumatları əldə etməyə nail olublar.

Məlumata görə, hakerlərin ixtiyarına operativ və kəşfiyyat fəaliyyəti ilə əlaqəli materialların da keçdiyi iddia olunur.

Qrup əldə edildiyi bildirilən məlumatların həcmi və məzmunu barədə əlavə təfərrüat açıqlamayıb.

İsrail tərəfi isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MOSSAD   Haker  


Bizi "telegram"da izləyin