ABŞ maliyyə naziri İrana qarşı iqtisadi təzyiqlərin artırılacağını bildirib

2026/03/1774201325.jpg
Oxunub: 191     20:44     11 İyun 2026    
ABŞ maliyyə naziri Skott Bessent İranın fəaliyyətlərinin ölkəyə qarşı iqtisadi təzyiqlərin daha da güclənməsinə səbəb olacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Bessent “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir qeyd edib ki, İran rəhbərliyi apardığı siyasət nəticəsində uğur qazana bilməyəcək və bunun nəticələri Tehran üçün sərfəli olmayacaq.

“İran rejimi oynadığı sıfır məbləğli oyunda məğlub olacaq. Onun Fars körfəzindəki müttəfiqlərimizə vuracağı istənilən zərər İran hesablarından müsadirə olunmuş vəsaitlər hesabına kompensasiya ediləcək”, - deyə Bessent bildirib.

O vurğulayıb ki, ABŞ eskalasiyaya cavab vermək üçün bütün mövcud iqtisadi mexanizmlərdən istifadə edəcək. Bu tədbirlər xaricdə yerləşən İran aktivlərinə qarşı addımları da əhatə edəcək.

Bessent əlavə edib ki, İranın mümkün itkiləri, o cümlədən Hörmüz boğazı bölgəsindəki infrastrukturdan istifadəyə görə yaranan xərclər İranla əlaqəli hesablardakı vəsaitlər hesabına ödənilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin