Bolton: “Tramp İran üçün qurduğu tələyə özü düşüb”

2026/06/1781199833.jpg
Oxunub: 231     21:38     11 İyun 2026    
ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Prezident Donald Trampın İranla bağlı siyasətini tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə Bolton “Al Jazeera” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, Tramp İran üçün qurduğu tələyə özü düşüb və hazırda vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir.

Bolton ABŞ prezidentinin İranın neft infrastrukturunun ələ keçirilməsi ilə bağlı son bəyanatlarını şərh edərək qeyd edib ki, bu cür açıqlamalar düşünülməmiş və koordinasiya olunmamış strategiya təəssüratı yaradır.

Keçmiş müşavir İranın enerji sektoruna nəzarət etmək ideyasının da praktik baxımdan şübhəli olduğunu bildirib və bunu ABŞ-nin digər ölkələrdə tətbiq etdiyi əvvəlki yanaşmalarla müqayisə edib.

“Tramp həmişə olduğu kimi davranır. O, edə biləcəyi addımlardan danışır və həyata keçə də biləcək, keçməyə də biləcək təhdidlər səsləndirir. Hazırda əsas məsələ onun özünün yaratdığı vəziyyətdən necə çıxacağıdır”, - deyə Bolton bildirib.

Onun fikrincə, ABŞ administrasiyasının İrana münasibətdə addımları sistemli xarakter daşımır və aydın siyasi məqsədlərin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   Tramp   İran  


Bizi "telegram"da izləyin