Tramp İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqlayıb

2026/06/1781106365.jpg
Oxunub: 277     21:46     11 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İrana qarşı əvvəlcədən planlaşdırılmış zərbələri ləğv etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İranla danışıqların bu ölkə rəhbərliyinin ən yüksək səviyyəsinə çatdırılması və bəyənilməsi faktına əsaslanaraq mən ABŞ Prezidenti kimi İrana qarşı bu axşam üçün nəzərdə tutulan zərbələri və bombardmanları ləğv etdim. Danışıqlar və yekun müddəalar həm konseptual baxımdan, həm də ən xırda təfərrüatlarına qədər ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri daxil olmaqla, prosesə cəlb olunmuş bütün tərəflər tərəfindən bəyənilib", - paylaşımda bildirilib.

Bununla belə, Trampın sözlərinə görə, Hürmüz boğazı bölgəsindəki İran limanlarının dəniz blokadası yekun razılaşma qəbul edilənə qədər tam qüvvədə qalacaq. O qeyd edib ki, ABŞ ilə İran arasında dinc nizamlanmaya dair sənədin imzalanma vaxtı və yeri yaxın zamanlarda elan olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin