Ordu.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid İran rəsmilərinə istinadən "X" sosial şəbəkə hesabında yazıb.
Onların məlumatına görə, İranın Ali rəhbəri Müctəba Xameneyi sənədin yekun təsdiqini verməlidir.
"Həm iranlılar, həm də qətərlilər vurğulayırdılar ki, ABŞ-nin gecə zərbələri Trampın (ABŞ Prezidenti Donald - red.) əsl niyyəti ilə bağlı İranın şübhələrini əhəmiyyətli dərəcədə artırıb", - Ravid əlavə edib.
Daha əvvəl Tramp danışıqlar prosesindəki irəliləyiş səbəbindən İrana qarşı əvvəlcədən planlaşdırılan zərbələri ləğv etmək qərarını açıqlayıb.
Ordu.az