Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Agentliyin Bəndər-Abbasdakı müxbirinin məlumatına görə, yerli mənbələr və sakinlər cümə axşamı səhər saatlarında Bəndər-Abbas, Keşm, Minab, Sirik şəhərlərində və Fars körfəzində yerləşən Hengam adasında partlayış səsləri eşitdiklərini bildiriblər.
Məlumatın yayımlandığı ana qədər hərbi və hüquq-mühafizə orqanları hadisələrin səbəbi ilə bağlı rəsmi açıqlama verməyiblər.
Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Fars əyalətinin Mohr rayonunda və Asaluye bölgəsində hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi də qeyd olunub.
“Mehr” agentliyi əlavə edib ki, ölkənin cənubuna endirilən gecə zərbələrindən sonra İranın raket cavabı verdiyi barədə məlumatlar yayılıb, lakin bu məlumatlar hələlik dəqiqləşdirilməyib və təsdiqlənməyib.
Sevinc Əliyeva
Ordu.az