Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Xarici işlər nazirlərinin növbəti görüşü Gürcüstanda keçiriləcək. Mən orada həmkarlarımı - Azərbaycan və Türkiyənin xarici işlər nazirlərini qəbul etməkdən şad olacağam. Onları Gürcüstanda salamlamaq mənim üçün böyük şərəf və məmnuniyyət olacaq", - Boçorişvili deyib.
Onun sözlərinə görə, bu gün İstanbulda keçirilən görüşdə üç ölkənin xarici işlər nazirləri regionda sülh və sabitliyə sadiqliklərini bir daha təsdiqləyiblər:
"Bu, son dərəcə mühüm əhəmiyyət kəsb edir və biz ölkələrimizdə sülhün möhkəmləndirilməsi istiqamətində səylərimizi davam etdirməyə hazır olduğumuzu təsdiqlədik. Bizi gələcəyə dair ümumi baxış birləşdirir və inkişaf məsələlərinə böyük diqqət yetiririk. Bizi münasibətlərimizə müsbət təsir göstərən dərin dostluq, mehriban qonşuluq və tərəfdaşlıq ənənələri bağlayır. Əməkdaşlığımız dostluq və mehriban qonşuluq münasibətlərinin vacib nümunəsidir".
Nazir qeyd edib ki, ölkələr arasındakı əlaqələr çoxsaylı nəqliyyat və infrastruktur layihələri ilə möhkəmləndirilir:
"Onlar təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütün region üçün vacibdir. Məhz buna görə də biz bu üçtərəfli formatı olduqca əhəmiyyətli əməkdaşlıq vasitəsi hesab edirik. Bu format böyük potensiala malikdir. Bir daha vurğulamaq istəyirəm ki, müasir şəraitdə bu platforma (Azərbaycan, Türkiyə, Gürcüstan - red.) ümumi maraqlarımızın irəlilədilməsi istiqamətində səyləri əlaqələndirmək üçün bizə mühüm imkan verir".
Ordu.az