Səudiyyə Ərəbistanı logistikanı Hörmüz boğazından Qırmızı dənizə yönəldib

2026/04/1775835700.jpg
Oxunub: 194     17:28     08 İyun 2026    
Səudiyyə Ərəbistanı İranın ABŞ və İsraillə qarşıdurmasının başlamasından sonra ixrac marşrutlarını Hörmüz boğazından Qırmızı dənizə yönləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər əl-Xureyf Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun yekunları ilə bağlı TASS-a müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ölkə böhran dövründə yüksək dayanıqlıq nümayiş etdirib və fəaliyyətini davam etdirə bilib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı gübrə ixracı sahəsində dünyanın aparıcı ölkələrindən biridir və böhranın ilk günlərində Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərdə müəyyən azalma müşahidə olunub.

Əl-Xureyf bildirib ki, sonradan bütün logistika Qırmızı dəniz marşrutlarına uyğunlaşdırılıb və hazırda ölkə normal iş rejiminə qayıdıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin