Hakan Fidan: “Cənubi Qafqazda sülh üçün imkan pəncərəsi açılıb”

2026/05/1778611677.jpg
Oxunub: 219     17:32     08 İyun 2026    
“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid edir”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Fidan bildirib ki, yekun sülhün əldə olunması üçün Azərbaycanın əsaslı narahatlıqları aradan qaldırılmalıdır.

Türkiyəli nazir vurğulayıb ki, Ankara bundan sonra da Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində bütün səylərini davam etdirəcək.

Onun sözlərinə görə, tərəflərin nümayiş etdirdiyi siyasi iradə region üçün real imkan pəncərəsi yaradıb.

Fidan həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla dialoqu Azərbaycanla sıx koordinasiya şəraitində davam etdirir.

Nazir əlavə edib ki, son dörd il ərzində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində mühüm irəliləyiş əldə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin