Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.
Erməni deputat təlim toplanışları ilə bağlı mövcud yanaşmanı tənqid edərək onların əvvəlcə cəza və şantaj vasitəsinə çevrildiyini, hazırda isə tamamilə nüfuzdan salındığını bildirib.
“Təlim toplanışlarını əvvəlcə cəza və şantaj alətinə çevirdilər, indi isə artıq məsxərəyə döndəriblər”, - deyə Abrahamyan qeyd edib.
O vurğulayıb ki, seçkiqabağı təşviqatın qadağan olunduğu sükut günündə belə bütün güc strukturları hakimiyyətin siyasi xəttinə xidmət edir.
“Bütün güc sistemi hakimiyyətin təbliğat xəttinin xidmətində dayanıb və ard-arda müxtəlif məlumatlar yayır”, - deyə o bildirib.
Abrahamyan istehzalı şəkildə qeyd edib ki, bu vəziyyətə son qoyulması üçün hətta iyirmi nəfərin yerinə özü təlim toplanışına getməyə hazırdır.
“Kaş ki, həmin 20 nəfərin yerinə mən gedəydim, təki bu aşağı səviyyəli manipulyasiyalara son qoyulsun”, - deyə deputat yazıb.
O həmçinin qeyd edib ki, təlim toplanışlarına cəlb olunan şəxslər artıq özlərini faktiki olaraq həbs edilmiş insanlar kimi hiss edirlər.
“Təlim toplanışlarının iştirakçıları artıq özlərini məhbus statusunda hiss edirlər”, - deyə Abraamyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az