Polşa sifariş verdiyi 116 ədəd “Abrams” M1A1 tankının son partiyasını təhvil alıb

2024/07/2024--1719906683.jpg
Oxunub: 253     14:21     02 İyul 2024    
Polşa ötən il ABŞ-dən sifariş etdiyi 116 ədəd M1A1 “Abrams” tankının 47 ədədlik sonuncu partiyasını təhvil alıb.

Ordu.az xəbər verir ki, Polşa Silahlanma Agentliyi öz mətbuat açıqlamasında Polşanın sifariş etdiyi son 47 ədəd M1A1 “Abrams” əsas döyüş tankı və 26 ədəd M1152A1B2 “Humvee” vasitəsinin ölkəyə gəldiyini açıqlayıb.

Agentlik bunun Polşa Silahlı Qüvvələrinin M1A2 “SEPv3 Abrams”ları təhvil almadan öncəki son M1A1 tədarükü olduğunu açıqlayıb.

Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı da M1A2 “SEPv3” tanklarının Polşaya göndərilməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələri 2022-ci il yanvarın 4-də ehtiyaclarına uyğunlaşdırılmış 116 ədəd M1A1 tankı sifariş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Abrams   M1A1  


Bizi "telegram"da izləyin