Türkiyədə meşə yanır, təxribat olduğu ehtimal edilir

2024/07/736e0-1719923967.jpg
Oxunub: 213     16:30     02 İyul 2024    
Türkiyənin Muğla şəhərində meşə yanır.

Ordu.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Məlumata görə, bundan iki saat əvvəl meşənin yaxınlığındakı başqa bir ərazidə də yanğın olub.

İki hadisə arasında əlaqənin olması və mümkün təxribat ehtimalları araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Meşə  


Bizi "telegram"da izləyin