Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada 13 terrorçunu öldürüb

2024/07/1719910152.jpg
Oxunub: 221     12:32     02 İyul 2024    
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 13 silahlısını öldürüb.

Ordu.az “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, İraqın şimalında “Pence” və “Pençe-Kilit“ əməliyyatı nəticəsində 10 terrorçu, Suriyanın şimalında “Zeytun budağı” (“Zeytun dalı”) əməliyyatında isə 3 PKK/YPG-çi öldürülüb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SQ   Antiterror  


Bizi "telegram"da izləyin