ABŞ təyyarəsi Dünya müharibəsi dövründən qalma Yaponiya aerodromunda yenidən qurulmuş uçuş-enmə zolağına enib

2024/07/2024--1719909541.jpg
Oxunub: 288     16:23     02 İyul 2024    
ABŞ Dəniz Piyadaları Korpusunun təyyarəsi Sakit okeandakı Peleliu adasında İkinci Dünya müharibəsi dövründən qalma Yaponiya aerodromunda yenidən qurulmuş uçuş-enmə zolağına enib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Peleliu dəniz piyadalarının müharibədəki ən qanlı döyüşlərindən birinin yaşandığı yerdir və hazırda ABŞ-nin Çinə qarşı strategiyasında mümkün baza variantıdır.

KC-130 “Hercules” nəqliyyat təyyarəsi iyunun 22-də 6000 metrlik uçuş-enmə zolağına enib və Dəniz Piyadaları Korpusunun açıqlamasında bu, İkinci Dünya müharibəsi məkanına əhəmiyyətli, zəfərlə qayıdış kimi təsvir edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin