Orban Zelenskidən atəşkəs variantını nəzərdən keçirməyi xahiş edib

2024/07/6683e-1719919934.jpg
Oxunub: 232     15:22     02 İyul 2024    
Ukraynada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban Prezident Vladimir Zelenskidən sülh danışıqları öncəsində atəşkəs variantını nəzərdən keçirməyi xahiş edib.

Ordu.az-ın “rzn.info”ya istinadən xəbərinə görə, Orban bu məsələnin danışıqları sürətləndirəcəyini ehtimal etdiyini bildirib.

Macarıstanın Baş naziri Zelenski ilə yanaşı, bir sıra yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, Macarıstan iyulun 1-dən 6 ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi Belçikadan təhvil alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Zelenski  


Bizi "telegram"da izləyin