Goranboyda Azərbaycan Polisi Günü - FOTOLAR

2024/07/pos-1719918017.jpg
Oxunub: 280     14:48     02 İyul 2024    
Goranboy rayonunda 2 İyul - Azərbaycan Polisi Günü ilə bağlı tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Tədbir rayon Polis şöbəsində davam etdirilib. Tədbirdə, rayon İcra Hakimiyyətinin Başçısı və rayonun digər rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə öncə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub.

Prezident İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev polisin peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyətini təbrik edib.

Tədbirin sonunda rayon Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına DİN və rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Goranboy   Polis  


Bizi "telegram"da izləyin