Ordu.az xəbər verir ki, bunu gürcü politoloq İrakli Menaqarişvili deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sülh müqaviləsi üzrə birbaşa şəkildə, vasitəçi olmadan danışıqlar aparsalar da, ABŞ öz vasitəçiliyində israr etməkdə və yekun danışıqları ABŞ-nin himayəsi altında aparmaqda davam edir.
“Bununla yanaşı, sülhdən, sazişin imzalanmasından və gələcək tranzit marşrutlarından danışan ABŞ jest edir, tərəfdaşlarını NATO tədbirinə dəvət edir və bununla da Cənubi Qafqaz regionunda ABŞ-nin təsirinin dərinləşməsinə işarə etməyə çalışır. NATO-nun sammitinə dəvət, eləcə də orada iştirak bu gün üzvlük perspektivini nəzərdə tutmayan, lakin müəyyən əhəmiyyət kəsb edən addımdır. Mesaj ondan ibarətdir ki, region həm də təhlükəsizlik və hərbi komponentlə Qərbin himayəsində olmalıdır. Amerikalı diplomat Azərbaycanın qələbəsini vurğulayıb. ABŞ-nin qiymətləndirmələrini başa düşmək üçün Birləşmiş Ştatların nöqteyi-nəzərini görmək lazımdır”, - deyə Menaqarişvili qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az