“İravunk”: Anna Hakopyan əri ilə hansı söhbəti edib, bundan sonra Nikol ruhlanıb

2024/07/1719902430.jpg
Oxunub: 273     15:30     02 İyul 2024    
Nikola yaxın mənbələr Nikol ətrafında baş verən hadisələri təfərrüatları ilə izah etməyə davam edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, xüsusilə məlum olur ki, Baqrat Srbazanın hərəkatının təşkil etdiyi ilk genişmiqyaslı mitinq Paşinyanı kifayət qədər ruh düşkünlüyü və ümidsizliyə salıb.

“Əgər Anna Hakopyan işə qarışmasaydı, bu vəziyyət davam edəcəkdi. Havada dolaşan söz-söhbətlərə görə o, əri ilə uzun-uzadı söhbət edib və həvəsləndirib. Deyib ki, onlara əvvəlki kimi sadə xalqın könlünü almaq lazımdır və bu məsələdə onun tərəfindədir. Eyni xəbərlərə görə, arvadının sözləri Paşinyanın yaralarına sakitləşdirici gips olub. İndi o, əvvəlki cəsarətli Baş nazirə çevrilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anna-Hakopyan   Paşinyan  


Bizi "telegram"da izləyin