ABŞ Dəniz Piyadaları Korpusu PUA İzləmə Təlimi həyata keçirir

2024/07/2024--1719906878.jpg
Oxunub: 218     15:00     02 İyul 2024    
ABŞ Dəniz Piyadaları Korpusu “Humvee” avtomobilinə quraşdırılmış “Multi-Mission Hemispheric Radar” (MHR) ilə Pilotsuz Uçuş Aparatı (PUA) İzləmə Təlimi həyata keçirir.

Ordu.az xəbər verir ki, 2024-cü il aprelin 4-də ABŞ Dəniz Piyadaları Korpusuna aid “High Mobility Multipurpose Wheeled Vehicles” (HMMWV) “DRS RADA Technologies” tərəfindən istehsal olunan MHR ilə təchiz olunmuş şəkildə yüksək enerjili lazer ekspedisiya təlimində iştirak edib.

Bu kontekstdə təlim Arizona ştatının Vellton şəheri yaxınlığındakı taktiki aerodromda keçirilən “Weapons and Tactics Instructor (WTI) Course 2-24”ün bir hissəsi olub.

WTI qabaqcıl taktiki təlim verməklə, qabaqcıl hava sistemləri və taktikalarından istifadəni artırmaq məqsədi daşıyan kursdur.

“Marine Air Defense Integrated System” (MADIS) ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən inkişaf etdirilən hərtərəfli hava hücumundan müdafiə təşəbbüsüdür və xüsusi olaraq PUA təhdidlərini aşkar etmək, izləmək və zərərsizləşdirmək məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dəniz-Piyadaları-Korpusu   PUA  


Bizi "telegram"da izləyin