Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan sosial şəbəkə hesabında yazıb.
Sarkisyan qeyd edib ki, iyunun 30-da Azərbaycan Silahlı Qüvvələri Günən kəndi yaxınlığında iri bayraq yerləşdiriblər, bu bayraq Günən kəndinə qonşu Açarkut kəndi ərazisindən də görünür.
“Bu, Günən və Açarkut sakinlərinə psixoloji cəhətdən pis təsir edir. Günən yaşayış məntəqəsinin inzibati rəhbəri Kamo Şahinyan “Xaçi yal” adlanan ərazinin yaxınlığındakı kənd qəbiristanlığının yaxınlığında Azərbaycanın böyük bayrağının qoyulduğunu təsdiqləyib. İnzibati rəhbər bildirib ki, həmin ərazidə Ermənistan bayrağı da quraşdırılıb”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az