“İravunk”: İrəvanda Rusiya bayrağının və gerbinin təhqir olunması ilə bağlı cinayət işi açılıb

2024/07/1719901889.jpg
Oxunub: 226     14:09     02 İyul 2024    
İrəvandakı “Qələbə” parkında Rusiya Federasiyasının bayrağının və gerbinin təhqir olunması ilə bağlı Ermənistan İstintaq Komitəsinin Kanaker-Zeytun inzibati rayonu istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsində (xuliqanlıq) nəzərdə tutulmuş cinayət əlamətləri ilə cinayət işi açılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

“Nəşrimiz hələ iyunun 16-da bildirmişdi ki, parkda Ermənistanın sərhədlərini qoruyan erməni və rus sərhədçilərə həsr olunmuş heykəlin yaxınlığında dalğalanan Ermənistan və Rusiya bayaqlarından yalnız Ermənistanın bayrağı qalıb. Rusiyanın dövlət bayrağı bəzi anti-rus və ya anti-ruslar tərəfindən cırılıb. Bundan başqa, simvolik sərhəd sütunlarında Ermənistan və Rusiyanın gerblərinin vurulduğu heykəlin arxasında yalnız Ermənistanın gerbi qalıb, Rusiyanın gerbi qoparılıb. Yeri gəlmişkən, diqqətçəkən məqam odur ki, indiyədək o nə bərpa olunmayıb, nə də baş verənlərə görə heç kim məsuliyyətə cəlb edilməyib. Üstəlik, ötən il ucaldılan heykəlin yerləşdiyi ərazi birbaşa şəhər bələdiyyəsinə aid olsa da, kameralar tərəfindən izlənilmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Rusiya  


Bizi "telegram"da izləyin