Ermənistan hakimiyyətinin nümayəndələri arasında delimitasiya ilə bağlı şübhələr var?

2024/07/timth-1719901739.jpg
Oxunub: 241     12:40     02 İyul 2024    
“Nikol Paşinyanın sərhəd delimitasiyası ilə bağlı hərəkətləri və ümumiyyətlə, Azərbaycanın bütün tələblərini səssizcə yerinə yetirməsi, yumşaq desək, təkcə cəmiyyətin böyük əksəriyyətində deyil, Paşinyanın komanda yoldaşları arasında da böyük suallar yaradıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin mənbələri qeyd ediblər ki, Paşinyanın komanda yoldaşları həm öz dar dairələrində, həm də bir-birləri ilə söhbətlərdə baş verən proseslərə şübhələrini getdikcə daha çox ifadə edirlər.

“Onlar həmçinin qeyd edirlər ki, biz əslində real demarkasiya və ya delimitasiya ilə deyil, yalnız birtərəfli güzəştlərlə üzləşirik. Həmsöhbətlərimizdən biri onu da qeyd edib ki, Paşinyanın komanda yoldaşları arasında niyə Arayik Harutyunyanın müsahibə mövzusunun birdən-birə üzə çıxması, Azərbaycanın niyə həmin müsahibəni dərc etməməsi ilə bağlı ciddi şübhələr var. Onlar narahatdırlar ki, bəlkə bu işdə birbaşa şantajla üzləşdiyimiz qorxusu doğrudur, yəni Paşinyan bəzi məlumatların ortaya çıxmaması üçün Azərbaycanın tələblərini sakit şəkildə yerinə yetirir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin