Rusiyanın Cənubi Qafqaz siyasətində çətin sınaq – BAXIŞ BUCAĞI

2024/07/1719905833.jpg
Oxunub: 417     16:10     02 İyul 2024    
Mayın 26-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze “ölkəsinin 2030-cu ildə Avropa İttifaqına (Aİ) üzv olacağını, abxaz və osetin qardaşlarına qoşulacağını” bəyan edib.

Ötən həftə Dərbənd və Mahaçqalada törədilən terror aktlarından sonra Rusiya-Gürcüstan sərhədinin Abxaziya hissəsində atışma baş verib. Qondarma “Abxaziya” ilin əvvəlindən, Rusiya-Gürcüstan münasibətləri perspektivində “konfederativ Gürcüstanın yaradılması imkanı”nın nəzərdən keçirildiyi barədə ekspert rəyinin yayıldığı vaxtdan narahatdır.

“Nezavisimaya qazeta” bu fərziyyəni “tamamilə xəyali” kimi qiymətləndirir və əlavə edir ki, bu informasiya siyasəti təkcə Rusiya-Abxaziya münasibətlərini deyil, ümumilikdə Rusiyanın Cənubi Qafqaz siyasətini də təhlükə altına qoyur. Ümumiyyətlə, müəllif “müttəfiqlər hesabına bənzər sövdələşmə”ni “əxlaqsızlıq” kimi qiymətləndirir.

Digər tərəfdən, Bakıda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bəyan edib ki, Cənubi Qafqazın üç ölkəsi xarici işlər nazirləri səviyyəsində Vaşinqtona dəvət olunub. Gürcüstan xarici işlər naziri İliya Darçiaşvilinin ABŞ-yə gedəcəyini artıq təsdiqləyib. Böyük ehtimalla Azərbaycan və Ermənistan xarici işlər nazirləri də Vaşinqtona göndəriləcək.

ABŞ Dövlət Departamentindəki mənbə bir müddət əvvəl bildirib ki, Vaşinqton Ermənistan-Azərbaycan müzakirələri üçün imkan yaradacaq. İyunun 26-da Bakı İrəvana sülh müqaviləsi təkliflərinin 10-cu paketini ötürüb. Müqavilənin imzalanması ehtimalı olduqca aşağıdır. Amma görünən odur ki, ABŞ-nin prosesdə iştirakı demək olar ki, rəsmiləşir. O-Braynın Bakıya səfəri təəssüratı ilə mətbuat bir sıra nəşrlər dərc edib, Çindən Avropaya malların dövriyyəsinin təmin edilməsində Bakının əsas rolunu vurğulayıb.

İyulun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşür. Bütün bunlar Rusiya üçün ciddi sınaqdır. ŞƏT sammitindən əvvəl Putin və Ərdoğan arasında görüş planlaşdırılır. Danışıqların çətin keçəcəyi ehtimalı var. Bəs Putin Bakıya səfər edəcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Cənubi-Qafqaz   Gürcüstan  


Bizi "telegram"da izləyin