Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri namizədi, “Hayakve” təşəbbüsünün üzvü Armen Manvelyan deyib.
Manvelyan qeyd edib ki, əgər bütün bunlar yoxdursa, deməli, ictimaiyyətin diqqətini sərhəddə olan vəziyyətdən yayındırmaq məqsədi var.
“Digər tərəfdən, ən azından hakimiyyət çox gözəl başa düşür ki, Ermənistanda referendum keçirmək və qanunun tələb etdiyi səsi – 630 min “hə” toplamaq çox çətindir. İndi Paşinyanın hətta inzibati resurslardan istifadə edərək və saxtakarlıq edərək, belə rəqəm əldə etməsi mümkün olmayacaq”, - deyə o bildirib.
Manvelyan vurğulayıb ki, Ermənistan hakimiyyəti Aİ ilə Zəngəzur dəhlizi ətrafında ticarət aparır.
Alpər Mövludoğlu
Ordu.az