KİV: Ermənistan Baş nazirinin aparatı daxilində gərginlik pik həddə

2024/07/1719906304.jpg
Oxunub: 166     13:20     02 İyul 2024    
“Hökumətə yaxın mənbələr Baş nazirin müavini Tiqran Xaçatryan ilə icra aparatının rəhbəri Arayik Harutyunyan arasında münasibətlərin son vaxtlar kifayət qədər gərginləşdiyini bildirirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, deyilənə görə, nümayişkaranə şəkildə “личнаян еприязнь” nümayiş etdirməyə başlayıblar.

“Harutyunyan da Paşinyanın qulağına pıçıldayır ki, Tiqran Xaçatryan hər məsələdə uğursuzluğa düçar olur və bunun özlüyündə bir məqsəd olmadığı istisna edilmir. Arayik şefin Tiqranın keçmişini unutmaması üçün hər şeyi etməyə çalışır və hökumətin nöqsanlarının keçmiş hakimiyyət nümayəndələrinin cəmiyyətdə narazılıq yaratmaq məqsədi güdən göstərişlərinin nəticəsi ola biləcəyinə inandırır. Eyni mənbələr qeyd edirlər ki, Arayik Harutyunyanın səylərinə baxmayaraq, Paşinyan Baş nazirin müavininə etibar etməkdə davam edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Baş-nazir  


Bizi "telegram"da izləyin