Si Cinpin ŞƏT-in sammitində iştirak üçün Astanaya gedib

2024/07/1719910297.jpg
Oxunub: 120     12:13     02 İyul 2024    
Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Astanaya gedib.

Ordu.az-ın “Kazinform”a istinadən məlumatına görə, hava limanında onu Prezident Kasım-Jomart Tokayev qarşılayıb.

Səfər çərçivəsində ikitərəfli danışıqlar və bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurasının 3-4 iyul tarixlərində keçiriləcək sayca 24-cü sammitində tərəflər arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Si-Cinpin   ŞƏT   Astana  


Bizi "telegram"da izləyin