ABŞ Avropadakı bəzi hərbi bazalarında xəbərdarlıq səviyyəsini artırıb

2024/07/2024--1719909392.jpg
Oxunub: 239     17:58     02 İyul 2024    
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ordu mənsublarının təhlükəsizliyini təmin etmək üçün Avropanın bəzi ölkələrindəki hərbi bazalarda xəbərdarlıq səviyyəsinin artırıldığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun açıqlamasında bildirilib.

Açıqlamada ABŞ-nin Avropa Komandanlığının (USEUCOM) xaricdəki ABŞ hərbi aktivinin təhlükəsizliyinə təsir edən müxtəlif faktorları daim qiymətləndirdiyi və bu səylər çərçivəsində tez-tez ordu mənsublarının təhlükəsizliyinin təmin edilməsi üçün əlavə addımların atıldığı qeyd edilib.

“Əməliyyat təhlükəsizliyi baxımından konkret tədbirlər görməyəcəyik, lakin ehtiyatlı olmağa davam edəcəyik”, - deyə açıqlamada vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa  


Bizi "telegram"da izləyin