Belarusda ikinci Atom Elektrik Stansiyasının tikilməsi planlaşdırılır

2024/07/1719911654.jpg
Oxunub: 169     13:13     02 İyul 2024    
Belarusda ikinci Atom Elektrik Stansiyası tikiləcəyi təqdirdə heç vaxt elektrik enerjisi çatışmazlığı olmayacaq.

Ordu.az “Belta”ya istinadla xəbər verir ki, bu barədə iyulun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident Administrasiyasının rəhbəri və Belarusun Rusiyadakı səfirinin hesabatını qəbul edərkən bildirib.

"Biz ikinci Atom Elektrik Stansiyasının tikintisi məsələsini düşünürük və üzərində işləyirik", -deyə Lukaşenko bildirib.

Dövlət başçısı qeyd edib ki, elektrik enerjisi təkcə sənaye və ya məişət ehtiyacları üçün lazım deyil. “Biz elektriklə işləyən evlər tikirik, buna ciddi yanaşmışıq və ciddi qəbul etdiyimiz elektrik avtomobilləri var. Bizdə nəinki yaxşı inkişaf var, yaxşı istehsalımız da var - xüsusən də avtobuslar və trolleybuslar. Elektrik enerjisi hər yerdə lazımdır. Ona görə də biz irəliyə baxmalıyıq”, - deyə prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Atom-Elektrik-Stansiyası  


Bizi "telegram"da izləyin