Fransada seçki məntəqəsinin sədrinə hücum olub

2024/06/45678-1719750478.jpg
Oxunub: 320     15:26     30 İyun 2024    
Fransanın cənubunda parlament seçkilərinin birinci turunda səsvermə başlamazdan əvvəl seçki məntəqəsinin sədrinə hücum edilib.

Ordu.az xəbər verir ki, bu barədə Nitsa şəhərinin meri Kristian Estrosi "X" sosial şəbəkəsində yazıb.

“Bomet məktəbindəki seçki məntəqəsinin sədrinə Respublikaçılar Partiyasının lideri Erik Skiotti tərəfindən təyin edilmiş müşahidəçinin hücumunu şiddətli şəkildə qınayıram”, - mer qeyd edib.

“Nitsa-Matin” qəzetinə görə, müşahidəçi seçki komissiyasının tərkibinə etiraz edib. Erik Skiotti müşahidəçinin zorakılığını pisləyib və onun davranışını “açıq-aşkar yersiz” adlandırıb.

Müşahidəçi polis tərəfindən saxlanılıb.

İyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Hücum  


Bizi "telegram"da izləyin