Sumqayıtda hərbçilərin təntənəli yürüşü keçirilib

2024/06/38168-1719387866.jpg
Oxunub: 171     11:29     26 İyun 2024    
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Sumqayıt şəhərində hərbi qulluqçuların yürüşü və orkestrin nümunəvi çıxışları təşkil olunub.

Ordu.az məlumat verir ki, yürüşə Heydər Əliyev Mərkəzinin qarşısından start verilib və Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanınadək davam edib.

Bildirək ki, Sumqayıt şəhərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sumqayıt   Silahlı-Qüvvələr-Günü  


Bizi "telegram"da izləyin