Milli Qəhrəmanlar Riad Əhmədov və İbrahim Məmmədovun doğum günüdür

2018/12/MQ-1545295764.jpg
Oxunub: 2866     12:48     20 Dekabr 2018    
Bu gün Milli Qəhrəmanlar Riad Əhmədov və İbrahim Məmmədovun doğum günüdür.

Riad Fikrət oğlu Əhmədov 1956-cı il dekabrın 20-də Bakı şəhərində anadan olub. O, peşəkar zabit kimi Milli Təhlükəsizlik sistemində əks-kəşfiyyat sahəsində çalışıb. 1989-cu ildən cəbhənin müxtəlif istiqamətlərində fəal iştirak edib, 1991-ci ildə Çaykəndin azad olunmasında xüsusi fərqlənib, vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb, 1992-ci ilin yanvarında Əfqanıstan döyüşçülərindən ibarət xüsusi təyinatlı dəstə yaradıb, dəstəsi ilə birlikdə Şuşa, Goranboy və digər bölgələrdə ciddi uğurlar qazanıb, 1992-ci il yanvarın 26-da Şuşa yaxınlığındakı Daşaltı kəndi uğrunda döyüşə rəhbərlik edib, axıra qədər döyüşüb və bu uğursuz döyüşdə itkin düşüb. 1992-ci il iyulun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində 203 saylı orta məktəb onun adını daşıyır.

İbrahim İsmayıl oğlu Məmmədov 1958-ci il dekabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, Xocalı faciəsindən sonra yaşadığı Moskva şəhərindən Vətənə, Bakıya qayıdıb, könüllü olaraq cəbhəyə gedib, bölük komandiri kimi müxtəlif bölgələrdə düşmənə qarşı sücaətlə vuruşub, 1994-cü il fevarlın 16-da Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən döyüşdə düşmənin 3 tankını və xeyli canlı qüvvəsini məhv edib, son anda snayper gülləsindən həlak olub. 1994-cü il iyunun 20-də Milli Qəhrəman adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Qəhrəman   RiadƏhmədov   İbrahimMəmmədov  


Bizi "telegram"da izləyin