Əraqçi: "Müharibənin dayandırılmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür"

2026/03/1773660373.jpg
Oxunub: 137     19:55     17 İyun 2026    
İranla imzalanacaq memorandumun müddəalarının tam və vicdanla yerinə yetirilməsinə, xüsusən də bütün cəbhələrdə müharibənin dayandırılması hissəsinə görə məsuliyyət Amerika Birləşmiş Ştatlarının (ABŞ) üzərinə düşür.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığında deyib.

A. Əraqçi İslamabad anlaşma memorandumunun detallarını çinli həmkarına ətraflı şəkildə çatdıraraq, Tehran və Pekinin bu sənəd sayəsində enerji və iqtisadiyyat sahələrində öz münasibətlərini inkişaf etdirə biləcəklərinə ümid etdiyini bildirib.

"Çinin xarici işlər naziri anlaşma memorandumunu alqışlayaraq, təzyiqlərə və təcavüzkar siyasətə qarşı göstərdiyi mətanətə görə İran hökumətinə və xalqına minnətdarlığını ifadə edib", - Əraqçinin "Telegram" kanalında yaydığı məlumatda bildirilib.

Van İ bu memorandumun müddəalarının dəqiq və tam şəkildə yerinə yetirilməsinin zəruriliyini vurğulayaraq, həmçinin Çinin onun icrasını asanlaşdırmaq, regional qarşılıqlı fəaliyyəti gücləndirmək və bölgə ölkələri arasında qeyri-müəyyənliklərin və mövcud çağırışların aradan qaldırılmasına kömək etmək üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Xatırladaq ki, iyunun 16-da "Al Arabiya" telekanalı ABŞ ilə İran arasında imzalanacaq memorandumun surətini bölüşüb və sənəddə hansı bəndlərin yer aldığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin