Finlandiya parlamenti nüvə silahlarının ölkəyə gətirilməsi və saxlanmasına qoyulan qadağanın ləğvinə razılıq verib

2026/06/1781671711.jpg
Oxunub: 175     17:35     17 İyun 2026    
Finlandiya parlamenti ölkə ərazisində nüvə silahlarının idxalı, istehsalı, saxlanılması və istifadəsinə qoyulan qadağanı aradan qaldıran qanunvericilik dəyişikliklərini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə parlamentdə keçirilən səsvermənin nəticələrindən məlum olub.

Qanunvericilik dəyişikliklərinin lehinə 125 deputat səs verib, 61 deputat əleyhinə çıxıb, 13 deputat isə səsvermədə iştirak etməyib.

Səsvermənin gedişi Finlandiya parlamentinin rəsmi internet saytında canlı yayımlanıb.

Kreml Finlandiyanın ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə imkan yaradan bu planlarını “gərginliyin daha da artırılması” kimi qiymətləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Nüvə-silahı  


Bizi "telegram"da izləyin