Ordu.az xəbər verir ki, bu barədə qurumun yeni hesabatında məlumat verilib.
Hesabata əsasən, 2026-cı ildə qlobal neft tələbatının gündəlik 1,1 milyon barel azalacağı gözlənilir.
Beləliklə, agentlik may ayında açıqladığı proqnozla müqayisədə gözləntilərini gündəlik 735 min barel aşağı salıb. May ayında gündəlik 418 min barellik azalma proqnozlaşdırılırdı.
Agentlik qeyd edir ki, tələb xüsusilə aprel və may aylarında kəskin şəkildə zəifləyib. Bu dövrdə Yaxın Şərq böhranının iqtisadi təsirləri statistik göstəricilərdə də öz əksini tapıb.
Bununla belə, ilin ikinci yarısında vəziyyətin tədricən yaxşılaşacağı gözlənilir. Proqnoza görə, üçüncü rübdə neft tələbatı illik müqayisədə gündəlik 1,7 milyon barel azala bilər, lakin 2026-cı ilin dördüncü rübündə yenidən artım qeydə alınaraq gündəlik 1,1 milyon barelə çatacaq.
Hesabata əsasən, 2025-ci ildə gündəlik 104,41 milyon barel olan qlobal neft tələbatı 2026-cı ildə gündəlik 103,292 milyon barel təşkil edəcək.
Agentlik 2027-ci ildə isə qlobal neft tələbatının gündəlik 105,295 milyon barel səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.
Sevinc Əliyeva
Ordu.az