Tramp: “İranla razılaşma olmasaydı, qlobal depressiya başlayacaqdı”

2025/02/1740594650.jpg
Oxunub: 178     16:36     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə olunan razılaşma olmasaydı, dünya iqtisadiyyatı ciddi böhranla üzləşəcəkdi.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Fransanın Evian şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl jurnalistlərə açıqlamasında danışıb.

ABŞ Prezidenti qeyd edib ki, İranla əldə olunan memorandumun alternativi qlobal iqtisadi depressiya idi.

“Alternativ qlobal depressiya olacaqdı. Hörmüz boğazı da heç vaxt yenidən açılmayacaqdı”, - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, iyun ayında İran və ABŞ iyunun 19-da İsveçrədə imzalanması nəzərdə tutulan memorandum üzrə işlərin başa çatdığını təsdiqləyiblər.

Gözlənilir ki, sənəd Hörmüz boğazında gəmiçiliyin tam bərpasına imkan verəcək.

İran Xarici İşlər Nazirliyi bildirib ki, memorandumun imzalanmasından sonra Tehran və Vaşinqton yekun sazişin hazırlanması üçün 60 gün ərzində danışıqlar aparacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin