Alqoritmik Müharibə Dövrü: Avtonom Sistemlər və Gələcəyin Müharibə Konsepsiyası

2026/06/1781712270.jpg
Oxunub: 240     20:03     17 İyun 2026    
Müharibə meydanlarında qələbə artıq yalnız fiziki güc və ya atəş gücü ilə deyil, “alqoritm sürəti” ilə qazanılır. 2026-cı il etibarilə dünya orduları insan mərkəzli əməliyyatlardan süni zəka dəstəyi ilə çalışan və avtonom sistemlərin üstünlük təşkil etdiyi yeni əməliyyat doktrinasına keçid edir. Türkiyə bu rəqəmsal inqilabın ən ön sıralarında yer alır.

1. Sürü Zəkası (Swarm Intelligence): Güc Təkdən Yox, Çoxluqdan Gəlir

Gələcəyin müharibələrində tək bir bahalı platforma əvəzinə, bir-biri ilə əlaqə saxlayan minlərlə ucuz avtonom vasitə görəcəyik. Xüsusilə Suriya müharibəsində və daha sonra Ukrayna müharibəsində zirvəyə çatan bu yeni konsepsiya orduları sadə qarşılıqlı üz-üzə döyüş şəraitindən uzaqlaşdırır.

Sürü Doktrinası: STM KARGU və ya yeni nəsil MKE PİRANA kimi kamikadze sistemləri artıq bir “sürü” kimi fəaliyyət göstərir. Bir pilotsuz uçuş aparatı vurulsa belə, sürünün qalan hissəsi tapşırığı yerinə yetirmək üçün hədəfə yönəlir. Xüsusilə TB2 kimi hava vasitələri ilə həyata keçirilən uzaq məsafəli hədəf işarələməsi sayəsində qurudakı və dənizdəki insansız elementlər yüksək dəqiqliklə hədəflərinə çata bilir.

Dənizlərdə Sürü: 2026-cı il hədəfləri arasında yer alan insansız dəniz platformalarının sürü qabiliyyəti “Mavi Vətən” müdafiəsində “görünməz və keçilməz” divar formalaşdıracaq. ASELSAN və HAVELSAN başda olmaqla bir çox müxtəlif şirkət tərəfindən istehsal edilən insansız dəniz platformaları sürətlə Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilir. Xüsusilə kamikadze tipli insansız dəniz platformaları düşmən gəmiləri üçün böyük təhdidə çevrilib.

2. İnsan-Maşın Komandalaşması (MUM-T)

Gələcəkdə robotlar insanın yerini tamamilə tutmayacaq, onun “sadiq qanad yoldaşı” olacaq.

Sadiq Qanad Yoldaşı (Loyal Wingman): Milli Döyüş Təyyarəsi KAAN və ya HÜRJET səmada tək uçmayacaq. Onları KIZILELMA və ya ANKA-3 kimi avtonom pilotsuz döyüş təyyarələri müşayiət edəcək. Pilot təhlükəsiz məsafədən bu avtonom vasitələri bir orkestr dirijoru kimi idarə edəcək.

“Baykar” və “Leonardo” ilk MUM-T layihəsi üçün gün sayır. Bu dönüş nöqtəsi müharibə doktrinasında yeni bir səhifə açacaq.

“Baykar” və “Leonardo”nun təşəbbüsünə dair təfərrüatlar:

3. Pilotsuz Uçuş Aparatından İnsansız Quru Pltaformasına: Quruda Səssiz İnqilab

Havada əldə edilən uğurlar 2026-cı ildə quruya daşınır. Orta sinfə məxsus insansız quru platformaları artıq yalnız kəşfiyyat aparmır, birbaşa isti toqquşmalara da daxil olur.

Avtonom Logistika: Münaqişə bölgəsinə sursat daşıyan və ya yaralıların təxliyəsini həyata keçirən avtonom robotlar hərbçilərin təhlükəli ərazilərdə məruz qaldığı riskləri minimuma endirir.

4. Radioelektron Mübarizə və Kiber-Fiziki İnteqrasiya

Avtonom sistemlərin ən böyük düşməni siqnal pozucularıdır. Lakin 2026-cı ildə istifadəyə verilən KORAL-2 kimi sistemlər və kvant əsaslı rabitə layihələri bu vasitələrin “qarışdırılması mümkün olmayan” sistemlərə çevrilməsini təmin edir. Müstəqil qərar qəbul edə bilən (Edge AI) prosessorlar sayəsində GPS və ya peyk bağlantısı kəsilsə belə, avtonom vasitə tapşırığını yerinə yetirə bilir.

Xülasə

Gələcəyin müharibəsində qələbə daha sürətli qərar qəbul edən, məlumatları daha effektiv emal edən və riskli tapşırıqları avtonom sistemlərə həvalə edən tərəfin olacaq. Türkiyənin “Gökbağ” kimi layihələr vasitəsilə kosmos əsaslı rabitəyə və süni zəka əsaslı avtonomiyaya yönəlmiş investisiyaları ölkəni bu yeni dünya düzənində liderlərdən biri kimi ön plana çıxara bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alqoritmik-Müharibə-Dövrü   STM   MKE   ASELSAN   HAVELSAN  


Bizi "telegram"da izləyin