ABŞ və İran arasında sazişə İsrail, Livan və Körfəz ölkələri də daxil olacaq

2026/06/1781536593.jpg
Oxunub: 194     16:11     17 İyun 2026    
“ABŞ ilə İran arasında əldə olunacaq razılaşmaların İsraili, Livanı və Körfəz ölkələrini də əhatə edəcəyi bildirilib”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində deyib.

“Bu regional sülh sazişidir. O, Körfəz regionunu, İsraili və Livanı əhatə edəcək. Məqsəd region üçün real sülh razılaşması əldə etməkdir”, - deyə Vens bildirib.

Xatırladaq ki, iyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında 60 günlük atəşkəslə bağlı razılığın əldə olunduğunu təsdiqləmişdilər.

Məlumata görə, sənədin 2026-cı il iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Vens  


Bizi "telegram"da izləyin