Paşinyan ədliyyə nazirini 4 günlük Rusiyaya ezam edir

2026/06/1781685970.jpg
Oxunub: 235     12:45     17 İyun 2026    
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan 2026-cı il iyunun 23-dən 26-dək Rusiyaya ezam olunacaq.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o, Sankt-Peterburqda keçiriləcək XIV Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edəcək.

Müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Srbuhi Qalyan ezamiyyətdən qayıtdıqdan sonra üç gün ərzində Rusiyaya səfərinin nəticələri ilə bağlı hesabat təqdim etməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qalyan   Ermənistan  


Bizi "telegram"da izləyin