TRIPP Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək - AZPROMO

2026/06/Ekran-1781851759.jpg
Oxunub: 220     10:32     19 İyun 2026    
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) istifadəyə verilməsinin Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcəyi gözlənilir.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunan tədbirdə bildirib.

“Logistika və anbar təsərrüfatı Azərbaycanda investisiyalar üçün ən perspektivli istiqamətlərdən biridir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan beynəlxalq ticarət marşrutlarının əsas tranzit qovşağıdır”, – deyə o qeyd edib.

Y.Abdullayev vurğulayıb ki, investisiya imkanları logistika parkları, A sinifli anbarlar, soyuducu komplekslər, paylama mərkəzləri, konteyner terminalları, ekspeditor xidmətləri və rəqəmsal logistika platformaları sahələrində mövcuddur.

O, həmçinin bildirib ki, informasiya texnologiyaları və rəqəmsal xidmətlər Azərbaycanın iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələri sırasındadır. 2025-ci ildə İKT sektorunun gəlirləri 2,3 milyard ABŞ dollarını ötüb, internetdən istifadə səviyyəsi isə təxminən 89 faizə çatıb. Hazırda 400-dən çox dövlət xidməti rəqəmsal platformalar vasitəsilə təqdim olunur.

“Hökumət elektron hökumət, məlumat infrastrukturu, kibertəhlükəsizlik, süni intellekt və innovasiya ekosistemlərinə yatırımlar vasitəsilə rəqəmsal transformasiyanı prioritet istiqamət kimi dəstəkləməyə davam edir”, – deyə Y.Abdullayev bildirib.

Onun sözlərinə görə, investisiya imkanları proqram təminatının hazırlanması, bulud həlləri, məlumat emalı mərkəzləri, süni intellekt tətbiqləri, fintex, kibertəhlükəsizlik və rəqəmsal ticarət-nəqliyyat həlləri sahələrində də mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TRIPP   AZPROMO  


Bizi "telegram"da izləyin