Romulus Rusin-Sendi: "Budapeşt NATO ilə tam əməkdaşlığa qayıdır"

2026/05/1777649133.jpg
Oxunub: 199     05:38     19 İyun 2026    
Macarıstan NATO müttəfiqləri ilə tam hərbi əməkdaşlığı bərpa edir, lakin Ukraynaya silah tədarük etməyəcək və ya ora qoşun göndərməyəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Romulus Rusin-Sendi Brüsseldə keçirilən ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşünün yekunları üzrə açıqlamsında deyib.

O, Kanada və İsveçdən olan həmkarları ilə, eləcə də NATO-nun baş katibi Mark Rütte ilə ikitərəfli görüşlər keçirdiyini bildirib: "Mən onlara geri qayıtdığımızı dedim".

Rusin-Sendi vurğulayıb ki, Budapeşt Ukraynadakı münaqişə ilə bağlı hazırkı mövqeyini qoruyub saxlayır: ölkə ölümcül silahlar verməyəcək və ya qoşun yerləşdirməyəcək. O, bu mövqeyi Macarıstanın əvvəlki rəhbərliyi tərəfindən dəfələrlə təkrarladığını xatırladıb.

Nazir həmçinin bildirib ki, yeni hökumət Macarıstanın Aİ və NATO-da tam iştirakını təmin etmək niyyətindədir. O qeyd edib ki, əvvəllər müttəfiqlərlə qarşılıqlı əlaqə Ukrayna və Rusiya ilə münasibətlər məsələsində fikir ayrılıqları səbəbindən çətinləşirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Budapeşt   NATO  


Bizi "telegram"da izləyin