Avinyan köhnə müqavilələri gündəmə gətirir: Erməni oliqarxın şirkətinə bir ay vaxt verilib

2026/06/1781842855.jpg
Oxunub: 218     08:06     19 İyun 2026    
“İrəvan meri Tiqran Avinyan seçkiqabağı kampaniya dövründə Qaqik Tsarukyanla bağlı məsələlərlə məzuniyyətdən sonra məşğul olacağını bildirmişdi. Seçkilərdən sonra isə İrəvan şəhər bələdiyyəsində köhnə müqavilələrin yenidən nəzərdən keçirilməsinə başlanıldığı iddia olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, İrəvan meriyası tərəfindən Qaqik Tsarukyana məxsus “Multi Wellness” şirkətinə tikinti hüququ müqaviləsindən imtina edilməsi ilə bağlı bildiriş göndərilib.

Qeyd olunur ki, şirkətə bir ay müddətində torpaq sahəsini və tikilini İrəvan icmasına geri qaytarması barədə xəbərdarlıq edilib.

“Şəhər dairələrində artıq “Multi Wellness” işinin yalnız başlanğıc olduğu ilə bağlı müzakirələr aparılır”, - deyə nəşr yazıb.

Qəzet xatırladıb ki, prokurorluq da Tsarukyana məxsus “Araratsement” müəssisəsinin dövlət nəzarətinə keçirilməsi prosesinə başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avinyan   Tsarukyan  


Bizi "telegram"da izləyin