ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb, Vensin səfəri ləğv edilib

2026/06/1781440280.jpg
Oxunub: 279     06:43     19 İyun 2026    
Vaşinqton və Tehran hələlik İsveçrədə ikitərəfli anlaşma memorandumu imzalamaq və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar.

Ordu.az xəbər verir ki, ABŞ Vitse-prezidenti Cey Di Vensin rəsmi sözçüsü bu barədə iyunun 18-də jurnalistlərə məlumat verib.

"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik dəqiqləşdirilməyib və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların təşkilati hissəsi heç vaxt sadə və proqnozlaşdırıla bilən olmayıb", - deyə məlumatda qeyd olunub.

Bəyanatda bildirilib ki, vitse-prezident Cey Di Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Onun nümayəndəsi qeyd edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   İsveçrə  


Bizi "telegram"da izləyin