Ordu.az xəbər verir ki, şirkət nümayəndələri bu barədə “Eurosatory” sərgisində məlumat veriblər.
Hazırda ST-100 raketi kiçik ölçülü “yer-hava” raketi kimi hazırlanır və yerdən buraxılaraq təyyarələri və ya Pilotsuz Uçuş Aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulur.
Tərtibatçıların sözlərinə görə, gələcəkdə raketə radiolokasiya axtarış başlığı inteqrasiya edilə bilər. Bu halda raketin döyüş təyyarələrindən buraxılması mümkün olacaq.
Şirkət nümayəndələri həmçinin raketin iri ölçülü PUA-lardan istifadəsi imkanının da nəzərdən keçirildiyini bildiriblər. Bununla belə, bu istiqamətdə konkret işlərin hələ başlamadığı qeyd olunub.
Yerdən buraxılan ST-100 versiyasının uçuş məsafəsinin 10 kilometrə qədər olacağı gözlənilir. DRAGON sisteminin digər raketləri kimi, ST-100 də infraqırmızı tuşlama sistemi ilə təchiz olunacaq və təyyarə və ya PUA-ların istilik izinə yönələcək.
Sevinc Əliyeva
Ordu.az