ABŞ-İran danışıqları baş tutmayacaq

2026/06/1781785599.jpg
Oxunub: 216     11:26     19 İyun 2026    
İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar ləğv edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, 2026-cı il iyunun 19-da Bürgenştok şəhərində keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqları baş tutmayacaq.

“ABŞ və İran arasında cümə günü Bürgenştokda keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq”, - deyə İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Danışıqların niyə ləğv edildiyi ilə bağlı əlavə məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin