Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

2026/06/1780570133.jpg
Oxunub: 232     05:10     19 İyun 2026    
Pentaqon Avropa ölkələrini Ukrayna üçün ABŞ-dən silah alışını genişləndirməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri öz vəsaitləri hesabına Kiyevin hava və raketdən müdafiə sistemləri üçün Amerika istehsalı olan silahlar almalıdır. Mövcud PURL proqramı Ukraynanın döyüş meydanındakı ehtiyaclarının qarşılanmasına imkan versə də, Avropa əlavə tədarüklər vasitəsilə dəstəyi davam etdirməlidir.

Kolbi Avropanın bu istiqamətdə daha aktiv rol oynamasının vacibliyini vurğulayaraq, bunun eyni zamanda qitənin müdafiə və çəkindirmə qabiliyyətini də gücləndirəcəyini qeyd edib.

O həmçinin bildirib ki, NATO müttəfiqlərinin Ukraynaya dəstək mexanizmlərini genişləndirməsi cəbhə xəttinin saxlanılması və Rusiyanın mümkün irəliləyişlərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin