“Joğovurd”: Seçkilərin yekunları hələ açıqlanmayıb, lakin Vardevanyanın mandat məsələsi artıq müzakirə olunur

2026/06/1780982125.jpg
Oxunub: 217     08:21     19 İyun 2026    
“Müxalif “Güclü Ermənistan” partiyalar blokunun deputatlığa namizədi, hüquq müdafiəçisi Aram Vardevanyanın parlament mandatı əldə edəcəyi halda ondan imtina etməyi planlaşdırdığı iddia olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, “Güclü Ermənistan” partiyalar blokunun deputatlığa namizədi Aram Vardevanyan komanda yoldaşlarına bildirib ki, deputat mandatı almaq onun üçün maraqlı deyil.

Məqalədə qeyd olunur ki, əgər yeni müxalif qüvvələr mandatları qəbul edərək parlamentə daxil olmaq qərarı versələr, Vardevanyan mandatından imtina etməyə hazırlaşır.

Məsələ ilə bağlı Aram Vardevanyandan münasibət öyrənməyə çalışan qəzetə o, məlumatı nə təsdiq edib, nə də təkzib edib. Vardevanyan ilk növbədə komandanın vahid mövqeyinə hörmətlə yanaşacağını bildirib.

O, eyni zamanda vurğulayıb ki, hazırkı mərhələdə bu cür məsələlər barədə danışmaq tezdir. Çünki yaxın vaxtlarda seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsində mübahisələndirilməsi planlaşdırılır.

“Beləliklə, müxalifət düşərgəsi hələ də seçkilərin nəticələri ətrafında mübarizəni davam etdirdiyi bir vaxtda, gələcək mandatlarla bağlı artıq müxtəlif məlumatlar yayılır və görünür ki, bütün namizədlər parlamentdə yer tutmağa hazırlaşmırlar”, - deyə qəzet yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin