Tramp G7 sammiti və İranla bağlı danışıqlardan əvvəl Cenevrəyə gedib

2026/06/1780599312.jpg
Oxunub: 191     19:52     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Böyük Yeddilik (G7) sammitinin keçiriləcəyi Fransaya yola düşməzdən əvvəl Cenevrəyə gedib.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “Air Force One” təyyarəsi bazar ertəsi İsveçrənin Cenevrə şəhərinə eniş edib.

Gözlənilir ki, Tramp daha sonra Fransanın Evian şəhərinə yollanacaq. Burada dünya liderləri İranla təklif olunan razılaşmanı və Hörmüz boğazı ətrafında yaranmış vəziyyəti də müzakirə edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   G7   Cenevrə  


Bizi "telegram"da izləyin