Aİ Rusiyanın idxal məhdudiyyətlərinə cavab olaraq Ermənistan üçün dəstək proqramı hazırlayacaq

2026/06/1781536185.jpg
Oxunub: 208     19:02     15 İyun 2026    
Avropa İttifaqı Rusiya Federasiyası tərəfindən tətbiq edilən iqtisadi məhdudiyyətlərə cavab olaraq Ermənistana dəstək proqramı hazırlayacaq və həmçinin İrəvana dəstək üçün missiya göndərəcək.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündən və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla danışıqlarından sonra keçirilən mətbuat konfransında açıqlayıb.

"Bu gün nazirlər Ermənistanın iqtisadi dayanıqlığını necə gücləndirə biləcəyimizi müzakirə etdilər. Biz artıq Rusiyanın ədalətsiz iqtisadi məhdudiyyətlərinə cavab vermək üçün Ermənistana dəstək planı hazırlayırıq. Ermənistanda yeni Aİ Tərəfdaşlıq Missiyası tezliklə kiberhücumlara, qanunsuz maliyyə axınlarına və digər təhdidlərə cavab vermək üçün əməliyyatlara başlayacaq", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin