“İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq” - Vens

2026/06/1781536630.jpg
Oxunub: 234     19:16     15 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran mümkün razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənə qədər heç bir maliyyə vəsaiti əldə etməyəcək.

Ordu.az xəbər verir ki, Vens bu barədə CBS telekanalının efirində danışıb.

Onun sözlərinə görə, söhbət birbaşa ödənişlərdən deyil, Vaşinqtonun həm təzyiq, həm də təşviq vasitəsi kimi nəzərdən keçirdiyi mümkün sanksiya yumşalmalarından gedir.

“Biz onlara Amerika pullarından bir sent belə verməyəcəyik. İrana bir dollar belə getməyəcək”, - deyə Vens vurğulayıb.

O əlavə edib ki, sanksiyalar rejimində hər hansı dəyişiklik yalnız Tehran uzunmüddətli şərtləri yerinə yetirdiyi halda mümkün olacaq.

Bu şərtlərə nüvə proqramından imtina edilməsi və regiondakı silahlı qruplara dəstəyin dayandırılması daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İran  


Bizi "telegram"da izləyin