Ermənistan və Almaniya XİN rəhbərləri Ermənistan-Avropa İttifaqı strateji tərəfdaşlığının dərinləşdirilməsini müzakirə ediblər

2026/06/1781532102.jpg
Oxunub: 211     17:55     15 İyun 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, almaniyalı nazir Ararat Mirzoyanı Ermənistanda keçirilən demokratik seçkilər və əldə olunan qələbə münasibətilə təbrik edib.

“Tərəflər Ermənistan-Almaniya ikitərəfli əməkdaşlığına dair məsələləri müzakirə ediblər. Görüş zamanı 2025-ci il dekabrın ayında imzalanmış “İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyi haqqında” bəyannamənin müddəalarının həyata keçirilməsi istiqamətində birgə işlərin vacibliyi vurğulanıb.

Ermənistan və Almaniyanın xarici işlər nazirləri Ermənistan-Avropa İttifaqı strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin regional proseslər müzakirə olunub. Ararat Mirzoyan qonşu ölkələrlə münasibətlərin normallaşdırılması prosesi ilə bağlı Ermənistanın baxışını təqdim edib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Almaniya  


Bizi "telegram"da izləyin